Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva ştatında silahlı şəxslər peyvəndləmə qruplarını qoruyan polisləri hədəf alıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerli polis rəsmiləri Xeybər-Paxtunxva ştatının Mohmand bölgəsində silahlı hücum törədildiyini açıqlayıblar.
Polislərin peyvəndləmə həyata keçirən qrupları mühafizə etmək üçün ərazidə olduqları vaxt hücuma məruz qaldıqlarını bildirən səlahiyyətlilər, insident nəticəsində 2 polisin həlak olduğunu, 1 polisin yaralandığını qeyd ediblər.
Məsul şəxslər hücumun motosikletli şübhəlilər tərəfindən həyata keçirildiyini və hadisəyə görə h hələlik heç bir qruplaşmanın məsuliyyəti üzərinə götürmədiyini bildiriblər.