ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkətinin iyul-sentyabr dövründə gəliri illik bazda təxminən 12 faiz artıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Apple" maliyyə təqvimində dördüncü rüb olaraq qəbul edilən və 26 sentyabr 2026-cı ildə başa çatan üç aylıq dövr üzrə balans hesabatını dərc edib.
Buna əsasən, şirkətin xalis satışları həmin dövrdə illik təqribən 12 faiz artaraq 114,5 milyard dollara çatıb. "Apple"ın xalis satışları ötən ilin eyni dövründə 102,5 milyard dollar təşkil etmişdi.
Şirkətin xalis mənfəəti eyni dövrdə 12 faiz artaraq 30,7 milyard dollara yüksəlib. Ötən ilin müvafiq dövründə şirkət 27,5 milyard dollar xalis mənfəət açıqlamışdı.
Həmçinin bu dövrdə şirkətin hər səhm üzrə mənfəəti 1,85 dollardan 2,10 dollara çatıb.