İranın ali lideri Müctəba Xamenei ölkə hökumətinə münaqişənin sülh yolu ilə nizamlanması məsələsi üzrə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
“Biz problemin dialoq yolu ilə həlli üçün səylər göstəririk və ali lider bu məsələdə hökumətə müəyyən səlahiyyətlər verib”, – deyə Pezeşkianın sözlərini onun mətbuat xidməti yayıb.
İran prezidenti həmçinin qeyd edib ki, ölkə xalqı ABŞ və İsrailin təcavüzü nəticəsində İranın üzləşdiyi çətinliklərin aradan qaldırılması prosesində iştirak etməlidir.