İranın keçmiş xarici işlər naziri və parlament üzvü Mənuçöhr Müttəki ölkəsinin ərazisinə qarşı hər hansı bir hücum olacağı təqdirdə, müharibənin Avropa torpaqlarını da əhatə edəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Müttəki qatıldığı televiziya proqramında İrana qarşı yönələn hücumların qlobal təsirləri ilə bağlı qiymətləndirmələr aparıb.
Böyük Britaniya, Almaniya, Portuqaliya və İtaliya kimi Avropa ölkələrinin öz ərazilərini və hərbi bazalarını ABŞ hərbi təyyarələrinin istifadəsinə açmasının həmin ölkələrin İrana qarşı ABŞ hücumlarına şərik olması demək olduğunu vurğulayan Müttəki İrana qarşı başlanacaq yeni bir müharibənin "Avropaya sıçrayacağı" barədə xəbərdarlıq edib.