logo
logo logo
logo

 Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək

13:48 - 03 Noyabr 2026

 Əliyar Ağayev İspaniyada \"Selta\"nın oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, 39 yaşlı hakim İspaniyada yerli "Selta" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Xatırladaq ki, "Selta" - "Yunion" oyunu noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az