Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Manset.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında kömək etmək üçün xurma yığarkən ölüb.
O, əlində olan dəmir nərdivanın elektrik naqili ilə toqquşması zamanı cərəyan vurması nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.