Access2Success layihəsi
bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın
təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata
keçirilən proqram qadınların biznes biliklərini genişləndirməyə, idarəetmə
bacarıqlarını inkişaf etdirməyə və sahibkarlıq fəaliyyətində yeni imkanlar
qazanmalarına dəstək verməyi hədəfləyir.
Layihənin
builki mərhələsinə 320-yə yaxın qadın sahibkar müraciət edib. Seçim meyarlarına
uyğun olaraq 50 iştirakçı proqrama qoşulmaq imkanı qazanıb. Təlimlər zamanı
onlar süni intellektin biznesdə tətbiqi, biznesin idarə olunması, liderlik,
satış strategiyaları, marketinq kommunikasiyaları, dizayn, maliyyə savadlılığı
və hüquqi tələblər üzrə biliklərini inkişaf etdirəcəklər. Proqram təcrübəli
yerli ekspertlərin iştirakı ilə keçirilir.
Access2Success
qadın sahibkarların biznes mühitində mövqeyinin gücləndirilməsinə, dayanıqlı
biznes modellərinin qurulmasına və qadın liderliyinin təşviqinə yönəlib. Layihə
eyni zamanda qadınların iqtisadi fəallığının artırılmasına və sahibkarlıq
ekosistemində daha geniş təmsil olunmasına töhfə verməyi qarşıya məqsəd qoyur.
İlk dəfə 2022-ci ildə həyata keçirilən
Access2Success proqramına indiyədək 200-dən çox qadın sahibkar qoşulub.
Konsaltinq, turizm, təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən
iştirakçılar altı həftəlik intensiv təlim proqramı çərçivəsində bizneslərini
inkişaf etdirmək üçün praktik bilik və bacarıqlar əldə ediblər.
AccessBank Azərbaycanın
mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət
göstərir. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət
göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə
davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.