logo
logo logo
logo

Tələbə qızların şəkillərini icazəsiz yayıb pul tələb edirlər? - VİDEO

15:17 - 04 Noyabr 2026

Tələbə qızların şəkillərini icazəsiz yayıb pul tələb edirlər? - VİDEO

Sosial şəbəkələrdə tələbə qızların şəxsi fotolarının icazəsiz yayıldığı və paylaşımların silinməsi müqabilində onlardan pul tələb edildiyi iddia olunur.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, bəzi şəxslər tələbələrin sosial şəbəkə profillərindən götürdükləri fotoların üzərinə təhqiramiz və qeyri-etik ifadələr əlavə edərək müxtəlif platformalarda paylaşırlar.

Daha sonra isə görüntülərin silinməsi üçün foto sahiblərindən pul tələb edirlər. Oxşar paylaşımlarahazırda həm "TikTok", həm də "Instagram" platformalarında rast gəlinir. Müxtəlif hesablar vasitəsilə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali təhsil müəssisələrinin tələbələri olduğu iddia edilən qızların fotoları yayılır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, şəxsin razılığı olmadan foto və videolarının yayılması, eləcə də şəxsi həyatının toxunulmazlığının pozulması hüquqi məsuliyyət yaradır.

Şəxsi görüntüləri yaymaqla hədələyərək pul tələb edilməsi isə cinayət məsuliyyətinə səbəb ola bilər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az