Maykl Ceksonun qızı Paris Cekson atasından qalan mirasın 600 milyon dollarının ailə fonduna köçürülməsi üçün məhkəməyə müraciət edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı Paris məhkəməyə təqdim etdiyi ərizədə mirasın idarəçiliyini həyata keçirən Con Brankanı övladların paylarının ödənilməsini gecikdirməkdə ittiham edib.
Paris bildirib ki, Maykl Ceksonun 2009-cu ildə vəfatından sonra onun mirası 2,5 milyard dollardan çox gəlir əldə edib. Onun sözlərinə görə, 2024-cü ilin dekabrına olan məlumata əsasən, mirasın təxminən 850 milyon dollar həcmində nağd vəsaiti olub. Buna baxmayaraq, ailə fondlarının maliyyələşdirilməsi hələ də tam başa çatdırılmayıb.
Mirasın idarəçiləri isə bu ittihamları rədd edərək bildiriblər ki, indiyədək Paris Cekson və digər hüquq sahiblərinə ümumilikdə 200 milyon dollardan çox vəsait ödənilib.