logo
logo logo
logo

ABŞ-də təyyarə qəzasında ölənlərin kimliyi məlum oldu - Bir ailənin dörd üzvü həlak oldu

16:58 - 04 Noyabr 2026

ABŞ-də təyyarə qəzasında ölənlərin kimliyi məlum oldu - Bir ailənin dörd üzvü həlak oldu

ABŞ-nin Florida ştatında qəzaya uğrayan “Learjet” təyyarəsində həyatını itirən 9 nəfərin kimliyi müəyyənləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, həlak olanlar arasında 44 yaşlı amerikalı texnologiya investoru Adam Robinson, həyat yoldaşı Helen Sharp, onların 4 yaşlı qızları Emma və 2 yaşlı oğulları Çarli də var. Uşaqların dayəsi Anita Maria Cetina da təyyarə qəzasında həyatını itirib. Digər iki sərnişinin isə Rachael Reed və Charmi Fehr olduğu bildirilir.

Bundan başqa, təyyarənin pilotunun 55 yaşlı Ceff Qreqori, ikinci pilotunun isə 20 yaşlı Nataliya Qadelha olduğu təsdiqlənib.

Bazar günü Texasdan Baham adalarına uçan özəl təyyarə buzlanma, hava burulğanları və qəfil hündürlük itirməsi nəticəsində Palm-Biç dairəsindəki Qrinakres şəhəri yaxınlığında yaşayış ərazisinə düşüb.

Təyyarənin düşdüyü ərazidə nəhəng çuxur əmələ gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az