FHN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

21:44 - 12 Fevral 2024

FHN Yevlaxdakı qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Manset.az  xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar 1953-cü il təvəllüdlü Məmmədova Rahilə Qoç qızı, 1978-ci il təvəllüdlü Qənbərov Çingiz Aslan oğlu, 1987-ci il təvəllüdlü Səfərova Nərmin Abbas qızı, 1988-ci il təvəllüdlü Rəhimov Qurban Elşad oğlu, 2013-cü il təvəllüdlü Rəhimzadə Nurgül Qurban qızı, 2015-ci il təvəllüdlü Rəhimli Əli Qurban oğluna xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az