Xaçmazda mikroavtobus körpüdən aşdı: Xəsarət alan var - FOTO

09:45 - 01 Mart 2024

Xaçmazda mikroavtobus körpüdən aşdı: Xəsarət alan var - FOTO

Xaçmazda “Ford” markalı mikroavtobus körpüdən aşıb. 

 

Manset.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus Qusarçay çayının üzərindəki körpüdən aşıb. 

Qəza zamanı xəsarət alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az