Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

18:30 - 01 Mart 2024

Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

 

Manset.az   xəbər verir ki, Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əli oğlu Əliyevin işdən azad olunması barədə əmr verib.

Digər əmrə əsasən, Mübariz Əliyev Şahbuz rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Səfərov Elvin Eldəniz oğluna həvalə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az