Bakıda bu yollarda sıxlıq var - SİYAHI

09:05 - 05 Mart 2024

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Manset.az-a bildirilib ki, paytaxtın bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

8. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

13. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

15. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az