Bakıda qəza sıxlığa səbəb oldu

11:32 - 05 Mart 2024

Bakıda qəza sıxlığa səbəb oldu

Ziya Bünyadov prospektində baş verən qəza sıxlığa səbəb olub.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az