"Makron Cənubi Qafqazda sülhün tərəfdarı ola bilməz" - Politoloq fransalı tarixçini belə sudurdu (VİDEO)

15:10 - 05 Mart 2024

\"Makron Cənubi Qafqazda sülhün tərəfdarı ola bilməz\" - Politoloq fransalı tarixçini belə sudurdu (VİDEO)

"Fransanın prezidenti Emmanuel Makron 14 oktyabr 2022-ci ildə müsahibə verərkən qeyd etdi ki, Qarabağ Ermənistanın ürəyidir. Bu fikri deyən prezident Cənubi Qafqazda sülhün tərəfdarı ola bilməz".

 

Manset.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Televiziyasının (AZTV) Elnar Məmmədlinin aparıcısı olduğu "Hədəf" verilişində Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirib. O, həmin verilişdə qonaq olan  Fransalı tarixçi və politoloq Maksim Qoənu (Maxime Gauin) faktlarla susdurub:

"Fransanın ədalətsiz yanaşması göz önündədir. Biz Maksimi də anlayırıq. Maksim Fransa vətəndaşıdır və Fransanın böyük dövlətçilik tarixi var. Fransanın dövlətçilik tarixində ən cılız prezidenti çox təəssüflər olsun ki, Azərbaycanla Ermənistan arasındakı münaqişədən sonrakı dönəmə düşüb. Emanuel Makron əslində adına, soyadına uyğun olaraq makro siyasət yürütmür, mikro siyasət yürüdür. Əslində Fransanın bütün dünyada, Yaxın Şərqdə, Ukrayna məsələsində, dünyanın digər regionlarında yürüdülən siyasətlərə heç bir aidiyyatı yoxdur. Çünki Fransanın yürütdüyü bütün siyasətlər uğursuzluğa düçar olub. Afrikadan çıxarılmaqdadır. Amma Cənubi Qafqazla bağlı Fransanın xüsusi fokuslanması var. Cənubi Qafqazda həll olunan o proseslərə maniəçilik törətməklə əslində Fransa özünün üslübunu gətirməyə və Ermənistana müxtəlif yollarla dəstək olmağa çalışır. Fransız lisenziyası ilə istəyir Hindistandan olsun, istəyir Avstraliyadan olsun, hər yerdən ola bilər, amma silahlar Fransanın iradəsi və nazarəti altında Ermənistana verilir ki, Azərbaycana qarşı növbəti revanşist müharibə başlanılsın. Fransanın fikrini dəyişə bilmərik, amma Ermənistan tərəfin, Nikol Paşinyana bizim mövqeyimiz ondan ibarətdir ki, yeganə çıxış yolu Azərbaycanla danışıqlardan keçməkdir. Azərbaycanın bütün arqunmentlərə cavabı var. Qərbi azərbaycanlıların Qərbi Azərbaycana, ermənilər də o halda Qarabağa qayıda bilərlər Azərbayacan vətəndaşı kimi. Azərbaycanla Ermənistan arasında sülh sazişi yalnız bu prosesdən keçə bilər."

 

Əfsanə Rəcəb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az