Qanunsuz dini təbliğatla məşğul olduğuna görə cinayət işi açılanların sayı MƏLUM OLDU

15:49 - 05 Mart 2024

Qanunsuz dini təbliğatla məşğul olduğuna görə cinayət işi açılanların sayı MƏLUM OLDU

Keçən il qanunsuz dini təbliğatla məşğul olan 45 nəfər barədə cinayət işi başlanılıb.

 

Manset.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, həmin müddətdə 163 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb. Həmin şəxslərdən 2,4 min ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, CD disk və digər əşyalar, 296 dini şəkil, 69 dini bayraq, eləcə də bir ədəd soyuq silah aşkar edilərək götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az