Azərbaycanda 8 min nəfərdə qızılca aşkarlanıb

15:58 - 05 Mart 2024

Azərbaycanda 8 min nəfərdə qızılca aşkarlanıb

Respublika ərazisində 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Qeydə alınmış hər bir qızılca hadisəsinin yaşayış və iş yeri üzrə, həmçinin təhsil müəssisələri, o cümlədən məktəbəqədər uşaq müəssisələri, uşaq evi, internat, sığınacaq, sanatoriya və digər müəssisələr üzrə epidemioloji müayinəsinin aparılması təmin edilib.

Yaşa görə peyvəndlərdən kənarda qalmış uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət gücləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az