DİM dövlət qulluğuna hazırlaşanlara müraciət etdi

17:54 - 05 Mart 2024

DİM dövlət qulluğuna hazırlaşanlara müraciət etdi

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı proqramına dəyişiklik (AB vəzifə qrupu üçün) edilib. Belə ki, 27 dekabr 2001-ci il tarixli, 245-IIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədən düşməsi ilə əlaqədar həmin Qanuna aid mövzular proqramdan çıxarılaraq eyniadlı yeni Qanunda (14 iyul 2023-ci il, № 988-VIQ) öz əksini tapan müvafiq mövzularla əvəz edilib.

 

Bu barədə Manset.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Proqramla buradan tanış olmaq mümkündür.

Martın 17-də keçiriləcək imtahana bu mövzulara aid test tapşırıqları daxil edilməyəcək. Müvafiq dəyişiklik may ayından etibarən keçirilən imtahanlarda nəzərə alınacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az