Tanınmış bloqerin restoranında bıçaqlanma: Saxlanılan var - RƏSMİ AÇIQLAMA

16:42 - 06 Mart 2024

Tanınmış bloqerin restoranında bıçaqlanma: Saxlanılan var - RƏSMİ AÇIQLAMA

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb, əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, əmələ hüquqi qiymət veriləcək:

“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

11:29

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb.

Manset.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır:

“Əlavə məlumat veriləcək”.

08:38

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. Həmin vaxt o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az