Bakıda 37 yaşlı şəxs intihar etdi

10:03 - 11 Mart 2024

Bakıda 37 yaşlı şəxs intihar etdi

Bakı şəhəri Xəzər rayon sakini kimyəvi məhlul içərək intihar edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sergey Dmitrakov yaşadığı evdə zəhərli məhlul qəbul edib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilən şəxs orada vəfat edib.

Bildirilir ki, S.Dmitrakov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. O, bir neçə il əvvəl yerləşdirildiyi ixtisaslaşmış tibb müəssisəsindən qaçıbmış.

Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az