Bu rayonda qızılcaya qarşı peyvəndləmə işləri davam edir

23:13 - 11 Mart 2024

Bu rayonda qızılcaya qarşı peyvəndləmə işləri davam edir

Biləsuvar rayonunda qızılca virusuna qarşı peyvəndləmə işləri davam edir.

 

Manset.az report.az-a istinadən xəbər verir ki, ötən üç ay ərzində (dekabr, yanvar və fevral) 745 azyaşlı bu virusa qarşı peyvənd olunub.

Həmçinin Biləsuvar rayonunda dekabr ayında 19 nəfər, yanvar ayında 7 nəfər bu virusa yoluxub.

Fevral ayında və hələlik mart ayında bu xəstəliyə yoluxma qeydə alınmayıb. Eyni zamanda əvvəllər peyvənddən imtina edən 2-11 yaş arası 64 nəfər ötən ay peyvəndə cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az