"44" hər yerdən GÖRÜNƏCƏK

09:20 - 19 Oktyabr 2021

\"44\" hər yerdən GÖRÜNƏCƏK

Xəbər verdiyimiz kimi, Füzulidə Zəfər Parkı və İşğal muzeyi salınacaq. Parkda, həmçinin Zəfər abidəsi də qurulacaq.

"Qafqazinfo"nun məlumatına görə, abidə üç hissədən  - podium, lövhə və sütunlardan ibarətdir.

Lövhədə Füzulidə ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərimizin adları əks olunacaq. Abidənin davamında 44 sütun olacaq ki, ümumi 44 simvolunu əks etdirəcək.

Bu, yuxarıdan da, bütün hər tərəfdən görsənəcək. 

Qeyd edək ki, layihənin müəllifi Rəşad Mehdiyevdir.

Onu da əlavə edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi ilə bağlı Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az