“Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qeyd etmək lazımdır ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar.”
Manset.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, bu illər ərzində ölkələrimiz arasında əlaqələr sürətlə və uğurla inkişaf edib. “Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə olacaq. Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ilə Bolqarıstan arasında fəal siyasi dialoq var və bu dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” müəyyən edilmiş hədəflərə daha tez çatmağın yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.”
K.Qafarov Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın xüsusilə böyük perspektivlər vəd etdiyini diqqətə çatdırıb: “Təbii ki, Azərbaycan-Bolqarıstan əlaqələrində əsas istiqamətlərdən biri məhz energetika sahəsini əhatə edir. Keçən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilmişdir. Halbuki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə də ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Bu isə Bolqarıstanın təbii qaz nəqlində vacib tranzit ölkəyə çevrildiyinin göstəricisidir. Azərbaycan bu gün Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətində də çox fəal iş aparır. Ölkəmiz bu istiqamətdə də böyük potensiala malikdir və bu potensial Azərbaycanın digər strateji tərəfdaşları kimi, Bolqarıstanın da enerji təhlükəsizliyinin təminatına önəmli töhfələr verəcək”.
“Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir” - Kamaləddin Qafarov
12:46 - 09 May 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
25 Avqust 2026 - 18:04
"Sabah" mərhələni keçəcək? - Yüksək vəzifəlilər və tanınmışlar nə deyir?
25 Avqust 2026 - 14:51
Şanlı Qələbə və güclü siyasət - Azərbaycan dünyaya nümunədir
25 Avqust 2026 - 16:45
“Sabah” - “Hapoel” oyununa bu qədər bilet satılıb
25 Avqust 2026 - 23:22
"Sabah" ÇL-də əsas mərhələyə vəsiqə qazandı - YENİLƏNİB
25 Avqust 2026 - 19:24
81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən evləndi - FOTO
25 Avqust 2026 - 16:10
"Sabah" bu gün ilk dəfə Tofiq Bəhramovda meydana çıxacaq
25 Avqust 2026 - 11:35
Bakı metrosu iş rejimini dəyişdirəcək
25 Avqust 2026 - 09:30
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
25 Avqust 2026 - 08:30
Səhər yumurta yeyin - 7 səbəb
25 Avqust 2026 - 13:24
Natəvan Həsənova direktor təyin olundu
25 Avqust 2026 - 11:20
Bu xəstəxanaya direktor təyin olundu - FOTO
25 Avqust 2026 - 10:42
8 yaşlı uşaq sudan "beyin yeyən" virusa yoluxdu
Xəbər xətti
- 26 Avqust 2026
- 01:30 Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
- 00:30 “Qarabağ” “Sabah”ı belə təbrik etdi
- 00:01 Bu gün Mehriban Əliyevanın doğum günüdür
- 00:00 Bu gün Laçın Şəhəri Günüdür
- 25 Avqust 2026
- 23:51 Türkiyənin 2 vilayətində zəlzələ oldu
- 23:43 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:31 Salyanda ağır QƏZA - Ölən var
- 23:22 "Sabah" ÇL-də əsas mərhələyə vəsiqə qazandı - YENİLƏNİB
- 23:16 Dənizdə çimərkən batan şəxs xilas edildi
- 22:56 Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ - "Əbədi dostluq"
- 22:38 Lukaşenko Mehriban Əliyevanı təbrik etdi
- 22:27 “Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi”
- 22:11 Gədəbəydə kişi öldürüldü - Həmkəndlisi saxlanıldı
- 21:53 Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
- 21:42 Küçədən naməlum kişi meyiti tapıldı
- 21:22 Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var
- 20:49 “Bayquşlar Avropanın üzərindən uçdu” - Möhtəşəm pankart (FOTO/VİDEO)
- 20:31 Ermənistan hərbçisinin asılmış meyiti tapıldı
- 20:16 Sabah" - "Hapoel"a qarşı - Start heyətlər
- 20:00 Elxan Mütəllimov yüksək vəzifəyə təyin olundu
- 19:43 Psixiatriya müəssisələrində monitorinq və maarifləndirmə tədbirləri keçirildi - FOTO
- 19:24 81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən evləndi - FOTO
- 19:14 Vətəndaş Qəbulu Mərkəzində sentyabr üçün qəbul cədvəli
- 18:52 İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqladı
- 18:38 Yalçın Rəfiyev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşdü - FOTO
- 18:29 Hazırda 20 yolda tıxac var - SİYAHI
- 18:12 Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu
- 18:04 "Sabah" mərhələni keçəcək? - Yüksək vəzifəlilər və tanınmışlar nə deyir?
- 17:55 Emin Əmrullayevdən tələbə adını qazanan gənclərə TƏBRİK
- 17:38 "Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
- 17:15 Azercell qadınları dəstəkləyən müsabiqə elan edir
- 17:04 “Gənclik”də avtobusların dayanacağı müvəqqəti dəyişdirildi
- 16:55 Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
- 16:45 “Sabah” - “Hapoel” oyununa bu qədər bilet satılıb
- 16:35 Prezidentdən Formula 1-lə bağlı SƏRƏNCAM
- 16:34 Avropada ekstremal istilər 35 min nəfər həlak oldu
- 16:33 "Azəripək" "Azərxalça"ya birləşdirilib - FƏRMAN
- 16:31 Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
- 16:30 Prezidentdən mühüm SƏRƏNCAM
- 16:18 Zelenski Ərdoğana təşəkkür etdi
- 16:16 Minlərlər miqrant deportasiya ediləcək
- 16:12 Zelenski İlham Əliyevə təşəkkür etdi
- 16:10 "Sabah" bu gün ilk dəfə Tofiq Bəhramovda meydana çıxacaq
- 16:00 ADSEA rəqəmsal QR Bələdçi platformasını istifadəyə verdi - VİDEO
- 15:59 Rusiya "Starlink"ə alternativ internet şəbəkəsi qurur
- 15:55 Bu şəhid övladları tələbə oldular - Adlar
- 15:49 Bülent Ersoy tamaşaçını söyməsi ilə bağlı açıqlama verdi
- 15:44 Bu tarixlərdə temperatur kəskin enəcək - XƏBƏRDARLIQ
- 15:40 Elvin Cəfərquliyev əməliyyat olunacaq - 3 ay futbol oynaya bilməyəcək
- 15:18 Avtomobili palçığa batdı - İstidən can verdi
- 15:10 Baş prokuror Şəkidə vətəndaş qəbulu keçirdi - FOTOLAR