Subasma təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edildi

14:28 - 26 May 2024

Subasma təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edildi

“Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir”.

 

Bunu Manset.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, Debed çayının Kürə töküldüyünü nəzərə alaraq, eyni zamanda qonşu Gürcüstanda Kürə yağan leysan yağışlar nəticəsində çayın Tbilisi məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:

“Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin kəskin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərindən keçən bəzi hissələrində subasma olacağı istisna olunmur.

Yaranmış vəziyyətlə əlaqədar olaraq həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaları xahiş edilir, sahillərdən məsafə saxlamaları tövsiyə olunur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az