Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var. Onların 47.55 faizi kişi, 52.45 faizi isə qadındır.