Sabiq nazirin oğluna vəzifə verildi

14:10 - 29 May 2024

Sabiq nazirin oğluna vəzifə verildi

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.

 

Manset.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə bir neçə ay əvvəl müvafiq sərəncamla Zaur Əvəz oğlu Ələkbərov təyin olunub.

Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Qeyd edək ki, Zaur Ələkbərov 2016-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifəsinə çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az