Moskvada 134 ilin ən isti havası qeydə alındı

09:56 - 03 İyul 2024

Moskvada 134 ilin ən isti havası qeydə alındı

İyulun 2-də Moskvada havanın temperaturu ilə bağlı 134 illik rekord qeydə alınıb.


Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand açıqlayıb. 

Belə ki, dünən Moskvada havanın temperaturu +32°C təşkil edib və 1890-cı ilin rekordunu yeniləyib. 

“Fobos” mərkəzi isə bu gün paytaxtda havanın temperaturunun müsbət 33 dərəcəyə çata biləcəyini, bununla da 1917-ci ilin rekordunu yeniləyəcəyini proqnozlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az