Sabah Bakının bu ərazisində qaz olmayacaq

17:44 - 13 Fevral 2025

Sabah Bakının bu ərazisində qaz olmayacaq

Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.


Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.

Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə. Əliyev 63 və Ə. Əliyev 26 küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az