Sabah bu ərazilər işıqsız qalacaq

20:37 - 17 Fevral 2025

Sabah bu ərazilər işıqsız qalacaq

Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Manset.az xəbər verir ki, 110/35/10 kV "Xalçaçılıq" yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədər sifarişə əsasən açılacaq.

Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq.

Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az