"Azərbaycan dili üçün rus dili deyil, türk dili təhlükəlidir" - Biabırçı AÇIQLAMA

10:24 - 19 Fevral 2025

\"Azərbaycan dili üçün rus dili deyil, türk dili təhlükəlidir\" - Biabırçı AÇIQLAMA

Baku Tv-də Elçin Əlibəylinin verilişində Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında anlaşmazlıq yaranıb.

 

Manset.az xəbər verir ki, Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib. Daha sonra o, “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur” deyib.  

Bu fikir Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o öz etirazını bildirib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”.

Həmin görüntüləri təqdim edirik: 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az