Saray körpüsündə "protiv" gedən sürücü saxlanıldı - VİDEO

13:00 - 29 Mart 2025

Saray körpüsündə \"protiv\" gedən sürücü saxlanıldı - VİDEO

Bir neçə gün öncə yenidən açılan Saray körpüsündə əks hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü məsuliyyətə cəlb edilib.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil saxlanılıb.

Sürücü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Avtomobili isə duracağa yerləşdirilib.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az