Bakı-Tbilisi qatarı fəaliyyətə başlayır? - RƏSMİ

14:17 - 30 Aprel 2025

Bakı-Tbilisi qatarı fəaliyyətə başlayır? - RƏSMİ

Azərbaycan və Gürcüstan 26 may Gürcüstanın "Müstəqillik Günü" və 28 may Azərbaycanın "Respublika Günü"ndə ilk dəmir yolu qatarını yola salmaq barədə razılığa gəliblər.


Manset.az-ın Minvala istinadən məlumatına görə, gediş haqqı və digər detallarla bağlı müzakirələr gedir. Hazırda Gürcüstan 50 lari (30,93 manat) kupe, 70 lari (43,30 manat) qiymətində biletlərin satışını təklif edir.

Azərbaycan tərəfinin tətbiq edəcəyi qiymətlər barədə isə məlumat yoxdur.

Mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. Sorğuya cavab olaraq ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib ki, yayılan məlumatlar əsassızdır:

"Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb".

Qurum rəsmisi qeyd edib ki, bu kimi xəbərlər Gürcü mətbuatında vaxtaşırı yer alır:

"Amma bu barədə qərarı Azərbaycan verməlidir. Çünki bilet satışı ölkəmizdə olur. Yolun böyük bir hissəsi də Azərbaycan ərazisindən keçir". 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv