Azerbaijan flag

"Zəfərin mübarək olsun, can Azərbaycan" - Türkiyə DİN

14:45 - 08 Noyabr 2026

\"Zəfərin mübarək olsun, can Azərbaycan\" - Türkiyə DİN

Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.


Manset.az xəbər verir ki, DİN-in "X" sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub.

"Zəfərin mübarək olsun, can Azərbaycan!

Qarabağın azadlığına qovuşması ilə tarixə yazılan böyük Zəfər, qardaş Azərbaycanın əzminin, cəsarətinin və vətən sevgisinin rəmzidir.

Bu tarixi Zəfərin 6-cı ildönümündə, vətən torpaqları uğrunda can verən əziz şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi minnətdarlıqla yad edirik.

Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı əbədi var olsun.

8 Noyabr Zəfər Günü mübarək olsun!" – paylaşımda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az