Aprelin 30-da vətəndaşların bank kartlarından 30716 manat talanıb.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 30-da ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 13665, 5000, 3000, 2498, 1800, 1440, 1000, 999, 500, 350, 224, 98, 72, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodunu digər şəxslərə verməməyə, şirnikləndirici zənglərə aldanmamağa çağırıb.