Alimlər arı sancmalarının xüsusilə yay aylarında artdığına diqqət çəkərək, bəzi hallarda bu sancmaların ölümlə nəticələnə biləcəyini bildirirlər.
Manset.az-ın məlumatına görə, ekspertlər insanların təxminən 2 faizində arılara qarşı allergiya müşahidə olunur.
Hətta bəzi kənd yerlərində infarktdan öldüyü düşünülən insanların əslində arı allergiyasından həyatını itirdiyi ehtimal edilir.
Yüngül simptomlar (qaşınma, qızartı, şişkinlik) əksər hallarda təhlükəli sayılmır. Lakin təngnəfəslik, huşun itməsi, başgicəllənməsi, boğazda tıxanma hissi kimi ağır sistemik reaksiyalar həyati təhlükə yarada bilər.
Mütəxəssislər həmçinin bildirir ki, arı vaksinləri ciddi allergik reaksiyalar keçirən xəstələr üçün effektiv müalicə üsuludur. Bu peyvəndlər reaksiyaların riskini 95 faiz azaldır.