Bütün dünyada psixi sağlamlıq problemləri pandemiya həddinə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, insanlar arasında psixi sağlamlığın pisləşməsi tendensiyası COVID-19 pandemiyası ilə kəskinləşdi.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2020-2021-ci illərdə bütün dünyada depressiya halları 25% artıb.
Araşdırmada qeyd olunub ki, psixi sağlamlıq problemi biznesdə, ilk növbədə maliyyə və sığorta sektorunda çalışan insanlar arasında xüsusilə kəskindir. Mütəxəssislər xəbərdarlıq edir ki, şirkətlər işçilərinin psixi sağlamlığına daha çox sərmayə qoymalıdırlar.
Yeganə