"Skype" bağlanacaq  - Bu tarixdə

23:38 - 01 May 2025

\"Skype\" bağlanacaq  - Bu tarixdə

“Skype” platforması mayın 5-də bağlanacaq.


Manset.az xəbər verir ki, bu barədə “Microsoft”un texniki dəstək saytındakı məlumatda vurğulanıb.

“Siz mayın 5-dək “Skype”dan istifadəyə davam edə bilərsiniz”, - şirkətdən bildirilib.

Şirkət istifadəçi hesablarının “Microsoft Teams” xidmətinə veriləcəyini dəqiqləşdirib.

Xatırladaq ki, “Skype” 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə “Microsoft” həmin platformanı alıb. 2017-ci ildə isə şirkət “Skype”a bənzər “Teams” platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv