Bu ay Azərbaycanda əfv GÖZLƏNİLİR

11:42 - 02 May 2025

Bu ay Azərbaycanda əfv GÖZLƏNİLİR

Bu il Prezident yanında Əfv Məsələləri Komissiyasının ümumilikdə 6 iclası keçirilib. 6 iclasda ümumilikdə 700-dən çox müraciətə baxılıb.


Manset.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, iclaslar davam edəcək:

“Əfv Komissiyasının iclasları davam edir. İclaslarımız yenə də olacaq. Daxil olan müraciətlərə baxılmasına davam ediləcək. Komissiya sədri tərəfindən iclasların başa çatması ilə bağlı qərar qəbul ediləndən sonra bütün rəylər cənab Prezidentə təqdim ediləcək. Bundan sonra cənab Prezident tərəfindən sənəd qəbul olunacaq. Çünki məlum olduğu kimi, əfv sərəncamının imzalanması Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Komissiya yalnız məsələnin texniki tərəfləri ilə bağlı işləri görür”.

Qeyd edək ki, Əfv sərəncamının may ayında imzalanması gözlənilir. Dəqiq tarix hələlik məlum deyil.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv