Bakıda gənc "TikTok"a görə təhlükə yaratdı: Qarşı yola çıxdı - VİDEO

12:49 - 02 May 2025

Bakıda gənc \"TikTok\"a görə təhlükə yaratdı: Qarşı yola çıxdı - VİDEO

Bakının Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək "TikTok" sosial şəbəkə hesabında paylaşıb.


Manset.az Avtosfer.az-a istinadən xəbər verir ki, 77-KY-123 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.

O, əks istiqamətdə hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb.

Kadrda sürücünün işıqforun qırmızı işığında gözləmək istəmədiyi üçün xəta törətdiyi aydın şəkildə əks olunub.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə uyğun olaraq, 4 bal və 150 manat cərimə ilə nəticələnir.

Həmin görüntüləri təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv