20 aptekdə nöqsan aşkarlandı

14:00 - 02 May 2025

20 aptekdə nöqsan aşkarlandı

Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb.


Manset.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb. 

Qeyd olunub ki, AEM aprel ayı ərzində Bakı şəhəri üzrə 13, digər şəhər və rayonlarda isə 45 aptek olmaqla, ümumilikdə 58 apteki təftiş edib. Onlardan 56-sı planlı, biri plandankənar və digəri isə yoxlamadan kənar olub.

Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv