Metrodakı bu məhdudiyyət tam aradan qaldırıldı

18:14 - 03 May 2025

Metrodakı bu məhdudiyyət tam aradan qaldırıldı

Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.


Bu barədə Manset.az-a Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb. Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv