Limonun sağlamlığa müsbət təsiri çoxdan məlumdur. Ancaq son illərdə səhərlər ilk növbədə limonlu su içmək yeni bir tendensiyaya çevrilib. Qəhvə və ya çaydan daha çox üstünlük verilən bu vərdiş həqiqətən göründüyü qədər faydalıdırmı?
Manset.az-ın məlumatına görə, limonlu su içmək bədəni nəmləndirməklə yanaşı, həzmi də dəstəkləyə bilər.
Mütəxəssislər qeyd edir ki, su içməyi sevməyənlər üçün limonlu su nəmləndirməni təşviq edərək qəbizlik və şişkinlik kimi problemlərə kömək edə bilər. Limon tərkibindəki yüksək C vitamini ilə immunitet sistemini dəstəkləyən bir meyvədir.
Antioksidant xüsusiyyətləri sayəsində C vitamini hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanma əlamətlərini gecikdirə bilər.
Yeganə