9 yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir.
Bu barədə Manset.az-a onun anası Yusifova Ülviyyə Sədaqət qızı məlumat verib.
O bildirib ki, Aytən anadangəlmə bud-çanaq çıxığı dispilaziyası xəstəsidir:
“Aytənin onurğasında lordoz var (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır - red.), əməliyyat olunmalıdır.
Bu günə kimi 3 dəfə ağır əməliyyat keçirib, hər iki çanaqlarında da implant və mil var. Davamlı olaraq reabilitasiya alır yenidən əməliyyat olunub implantları və milləri çıxarılmalıdır. Əməliyyatı üçün 7000 manat lazımdır".
Ailə ilə əlaqə nömrəsi: 055 762 58 11
Yardım üçün kart nömrəsi: 4169 7388 1605 2538 (Kapital Bank)