logo
logo logo
logo

6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO

18:49 - 07 Noyabr 2026

6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb.


Manset.az xəbər verir ki, təbrikdə deyilir:

"6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşündə bir liderin qətiyyəti, bir xalqın arzusu və bir ordunun gücü birləşərək 8 Noyabrda Şuşa zirvəsinə yüksəldi.

Bu gün azad Qarabağda canlanan həyat var, Böyük Qayıdış var, sülh və əmin-amanlıq dolu gələcək var.

Polis və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları işğaldan azad olunmuş torpaqlarda asayişi və ictimai təhlükəsizliyi göz bəbəyi kimi qorumaq üçün fasiləsiz xidmət aparırlar.

Bu əlamətdar gündə xalqımızı səmimi qəlbdən təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anırıq.

Zəfər Günün mübarək, Azərbaycan!"



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az