"Bu gün ATƏT PA-nın İpək Yolu Qrupunun sədri qismində Monteneqro parlamentinin sədri cənab Andriya Mandiç ilə Budvada səmərəli görüş keçirməkdən məmnun oldum".
Manset.az xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın komitə sədri Azay Quliyev bildirib.
O qeyd edib ki, “Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürünü bildirib:
"ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi apardıq".