İnnovasiya və sürət
lideri “Bakcell” mobil tətbiqində süni intellekt texnologiyasından istifadə edərək,
müştərilərə fərdiləşdirilmiş yeni təkliflər təqdim edib. Süni intellekt ilə
yaradılan həllər abunəçilərin zəng və internet istifadəsi ilə bağlı vərdişlərini
nəzərə alaraq, onlara uyğun kampaniya və tarif planlarını formalaşdırır.
Müştəri davranışlarının təhlili ilə
yaradılan kampaniya və tarif planları bildiriş şəklində istifadəçilərin nəzərinə
çatdırılır. Bu yenilik sayəsində müştərilər vaxtlarına qənaət edərək,
yaradılmış xüsusi təkliflərdən faydalana bilirlər.
Fəaliyyəti çərçivəsində müştəri məmnuniyyətini
öndə tutan “Bakcell” daim istifadəçilərinin dəyişən ehtiyac və gözləntilərinə
uyğun innovativ həllər təqdim edir. Beləliklə, “Bakcell” müasir texnologiyalara
əsaslanan məhsul və xidmətləri ilə innovasiyanı gündəlik istifadəçi təcrübəsinin
ayrılmaz hissəsinə çevirərək, müştəriyönümlü inkişaf strategiyasını uğurla
davam etdirir.
"Bakcell" haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
"Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan
innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir
və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL
Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.