Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) ev dustaqlığına buraxılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə növbədən kənar keçirilən iclasda belə qərar qəbul edib.
Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini müvəkkilinin ürəyindəki xəstəliyinin şiddətlənməsi ilə əsaslandırıb. Prokuror da vəsatətə etiraz etməyib.
Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi vəsatəti əsaslı hesab edib.
Qərara əsasən, Oleq Bakinski barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bakinski məhkəmə zalından azadlığa buraxılıb.