Səhər günə bir stəkan limonlu su ilə başlamaq sağlamlıq üçün olduqca faydalıdır.
Manset.az-ın məlumatına görə, mütəxəssislər bu sadə vərdişin immuniteti gücləndirdiyini, həzm sistemini aktivləşdirdiyini, toksinləri bədəndən uzaqlaşdırdığını və enerji səviyyəsini artırdığını bildirirlər.
C vitamini ilə zəngin olan limon orqanizmi infeksiyalardan qoruyur, dərini canlandırır və maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Eyni zamanda, limon bədəndə qələvi təsir yaradaraq pH balansını tənzimləyir.
Ekspertlər səhərlər acqarına yarım limonun suyunu bir stəkan ilıq suya əlavə edib içməyi tövsiyə edirlər. Lakin limonun turşuluğu diş minasına zərər verə biləcəyindən içdikdən sonra ağızı su ilə yaxalamaq məsləhət görülür.