Həmin ərazidən 80 kub metrdən çox su təmizləndi - FOTO

17:39 - 07 May 2025

Həmin ərazidən 80 kub metrdən çox su təmizləndi - FOTO

“Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb”.


Manset.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb. 

Bildirilib ki, bu səbəbdən sahibkarlıq subyektinin ərazisində intensiv yağıntılar zamanı yığılan su axıb gedə bilmir:

“Belə hallarda drenaj sistemi qurulamayan ərazilərdə müvafiq rayon sukanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir. Buna baxmayaraq, bu gün qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün Xidmətin texnikaları cəlb edilib, 80 kub metrdən çox su ərazidən təmizlənib”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər yayılmışdı. Kadrlarda avtomobillərini elektriklə təmin etmək istəyənlərin məntəqəyə yaxınlaşa bilmədiyi görülürdü. Problemin bir gün öncə yağan yağışdan sonra ortaya çıxdığı bildirilirdi. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv